Menu

“Qərb Ukraynaya Rusiya ilə mübarizədə hərbi dəstək verməlidir” - Bzejinski

14.04.2014, 20:01
“Qərb Ukraynaya Rusiya ilə mübarizədə hərbi dəstək verməlidir” - Bzejinski

“Qərb dövlətləri Ukraynanın növbəti bölgələrini işğal eləmək səylərindən əl çəkməyən Rusiya ilə mübarizədə ukraynalılara hərbi kömək göstərməlidir”. Musavat.com-un məlumatına görə, bunu ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə sabiq müşaviri, tanınmış politoloq və sovetoloq Zbiqnev Bzejinski CNN-ə müsahibəsində deyib.

“Mən bir neçə həftə öncə Kremldə baş verənlərlə hazırda Ukraynanın şərqində yaşananlar arasında heyrətamiz oxşarlıq görürəm... Rusiyaya müqavimət göstərilməzsə, Moskva Krımda etdiklərini burada təkrarlayacaq və bu zaman Qərb proseslərə aktiv şəkildə qarışmayacaq. Müqavimət qərarı verilərsə, onlar addımbaaddım uduzacaq, müqavimət davam eləsə, o zaman Qərbin xoşuna gəldi-gəlmədi, güclü ictimai təzyiq altında onlara kömək eləməli olacaq”, - deyə analitik vurğulayıb.

Politoloq hesab edir ki, bu barədə ukraynalıları bacardıqca tez və rəsmi şəkildə məlumatlandırmaq lazımdır, çünki nəticə etibarilə bu, hərbi münaqişə ehtimalını azalda bilər: “Əgər biz onları qabaqcadan bu yöndə məlumatlandırsaq, o zaman böyük ehtimalla, ukraynalılar Rusiyaya qarşı qalxacaq və ruslar da bunu biləndə böyük kampaniyaya başlamazdan öncə iki dəfə düşünməli olacaqlar”.

 

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol