Menu

Rusiyanın pilotsuz uçağı İsrailin hava sərhədini pozub!

07.08.2016, 17:55
Rusiyanın pilotsuz uçağı İsrailin hava sərhədini pozub!

AzPolitika.info İsrail KİV-ə istinadla xəbər verir ki, Suriyada yerləşdirilmiş Rusiyaya məxsus pilotsus uçan aparat (PUA) İsrailin hava məkanına daxil olaraq, Qolan təpələri üzərində uçuş edib.

İsrailin «Haarets» qəzeti Yerusəlimdəki adının açıqlanmasını istəməyən yüksək çinli mənbəyə istinadla yazır ki, Rusiya tərəfi pilotsuz aparatın ona məxsus olduğunu təsdiqləyib.

Bundan əvvəl İsrail ordusunun mətbuat xidməti xəbər vermişdi ki, «Petrior» HHM kompleksi iyulun 17-də Qolan təpələri üzərində qeydə alınmış dronu vurmaq üçün iki raket buraxıb, amma aparat hər iki raketdən yayınaraq, məkanı tərk edib və Suriyaya qayıdıb. Hərbçilər PUA-ın tipi və kimə məxsus olması barədə məlumat vermirlər.

Rusiya tərəfi isə olayı şərh etmir. Qəzet bu olayı, Rusiya hərbi hissələrinin Suriyaya gəlməsindən (2015) sonrakı dövr ərzində baş vermiş ən ciddi insident adlandırır. «Bu, ilk hadisədir ki, İsrail Suriyada yerləşən və Rusiyaya məxsus uçan aparata atəş açıb» - deyə, qəzet qeyd edir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol