Prezident Administrasiyasının sabiq şöbə müdirini ifadəsində nələri açıqlayıb?
Prezident Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri vəzifəsindən azad edilən Elnur Aslanov Milli Təhlükəsizlik Nazirliyində altı saat ərzində dindirilib.
Bu barədə Bizimyol.info-a məlumat verən mənbənin sözlərinə görə, dindirilmə zamanı E.Aslanov nurçu-fətullahçı şəbəkəsi ilə bağlı bütün bilgilərini bölüşüb. Məhz bundan sonra E.Aslanov Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin strateji planlaşdırma, elmi potensial və investisiya şöbəsinin müdiri vəzifəsinə təyin olunub. Məlumata görə, E.Aslanovun verdiyi məlumatların nəticəsi olaraq bir çox Türkiyə təhsilli və son zamanlar hakimiyyət pillələrində sürətlə addımlayan gənclərlə bağlı araşdırmalara başlanıb.
***
Milli Təhlükəsizlik Nazirliyi Prezident Administrasiyasının keçmiş şöbə müdiri Elnur Aslanovun bu qurumda dindirilməsi ilə bağlı KİV-də yayılmış məlumatlara aydınlıq gətirib. Nazirliyin İctimai əlaqələr mərkəzinin rəhbəri Arif Babayev Modern.az saytına açıqlamasında bununla bağlı onlarda hər hansı məlumatın olmadığını deyib.
“Elnur Aslanovun MTN-də 6 saat dindirilməsi ilə bağlı MTN-nin İctimai əlaqələr mərkəzinə hər hansı məlumat daxil olmayıb” -deyə A.Babayev vurğulayıb.

Şərhlər