Menu

Özünü sayt redaktoru kimi təqdim edən şəxs tutuldu - FOTO

09.08.2016, 19:33
Özünü sayt redaktoru kimi təqdim edən şəxs tutuldu - FOTO

Cəlilabad rayonunda özünü saytın təsisçi-redaktoru kimi təqdim edən şəxs qadını döydüyünə görə tutulub.

“Report”un Aran bürosu xəbər verir ki, bu gün günorta saatlarında rayon sakini Əfqan Sadıqov şəxsi münasibətlər zəminində Qarazəncir kənd sakini Aliyə Əşrəf qızı Zeynalovanı döyüb.

Vəziyyəti ağırlaşan qadın Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və ona ilkin tibbi yardım göstərilib. Xəstəxanadan verilən məlumata görə, A.Zeynalovanın vəziyyəti ağırdır.

Faktla bağlı Cəlilabad Rayon Polis Şöbəsində araşırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol