Menu

Azərbaycan güləşçisi Saman Təhmasibi olimpiadada mübarizəni dayandırıb

15.08.2016, 23:20
Azərbaycan güləşçisi Saman Təhmasibi olimpiadada mübarizəni dayandırıb

İranlı legionerin rəqibi həmyerlisi Həbibulla Axlaği olub

Azərbaycanı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında təmsil edən Saman Təhmasibi ilk təsəlliverici görüşə çıxıb.

"Report"un məlumatına görə, 85 kq. çəki dərəcəsində yer alan iranlı legionerin rəqibi həmyerlisi Həbibulla Axlaği olub.

Görüşün ilk hissəsində tərəflərdən heç biri xal qazana bilməyib. İkinci hissənin əvvəlində Axlaği bir xal əldə edib. Təhmasibi tezliklə bərabərliyi təmin etsə də, iranlı güləşçi yenidən 2 xal alaraq, önə keçib. Bu dəfə Azərbaycan pəhləvanı fərqi 1-ə endirib. Amma qalan müddətdə onun səyləri nəticə verməyib.

Beləliklə, Təhmasibi olimpiadanı medalsız tamamlayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol