Menu

Polis rəisi işdən çıxarıldı

16.04.2014, 14:29
Polis rəisi işdən çıxarıldı

Daxili işlər naziri, general-polkovnik Ramil Usubovun əmri ilə Astara rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Rəşid Səfərov vəzifədən azad edilib. Lent.az-ın məlumatına görə, R.Səfərov sərəncama göndərilib. Onun yerinə hələlik təyinat yoxdur. Hazırda Astara RPŞ-nin rəisi vəzifəsini rəisin əməliyyat işləri üzrə müavini həyata keçirir.

Bildirilir ki, R.Səfərov nazirliyinin növbəti kompleks-inspeksiya yoxlamasının nəticələri əsasında vəzifədən azad edilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol