Menu

Rusiyada 2 yaşlı qızı öldürməkdə təqsirli bilinən azərbaycanlı qadın tutuldu

05.09.2016, 10:27
Rusiyada 2 yaşlı qızı öldürməkdə təqsirli bilinən azərbaycanlı qadın tutuldu

Rusiyanın İvanova şəhərində 2 yaşlı qızı oğurlayaraq öldürməkdə təqsirli bilinən Azərbaycan əsilli qadın tutulub.

APA-nın REN TV-yə istinadən verdiyi xəbərə görə, tutulan şəxs 24 yaşlı Gülnar Şirəliyevadır.

Lakin o, heç bir cinayət törətmədiyini bildirib.

G. Şirəliyeva deyib ki, evdən çıxıb mağazaya gedərkən saxlanılıb.

İstintaqın versiyasına görə, G. Şirəliyeva həyat yoldaşının nikahdankənar övladı olan 2 yaşlı Yananı oğurlayıb və qəddarcasına öldürüb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol