“Apple” şirkəti Kaliforniyadakı qərargahında yeni “iPhone 7” və “iPhone 7 Plus” smartfonlarının təqdimatını keçirib.
Yeni smartfonlar iPhone 7, standart rənglərdən əlavə olaraq, Jet Black adlı fərqli bir rəng ilə gəlir və paslanmaz poladdan olan “Apple” logosu diqqətləri cəlb edir.
“Suya davamlılıq” yeni modellərə əlavə edilən əsas xüsusiyyətlərdən biridir. “iPhone 7” modelində Home düyməsi yenidən dizayn edilib.
“iPhone 7 Plus”un iki arxa kamerası var. iPhone 7 kamerası 60 FPS, 4K Keyfiyyət ilə bizlərə təqdim edildi. Yeni modellərdə kamera ilə çəkilən şəkillər 50% daha parlaq, fokuslanma isə daha stabil olacaq.
“iPhone 7”nin Ön kamerası 7 MP, arxa kamerası isə 12 MP-dir.
Yeni smartfonlar qızılı, boz, çəhrayı, qara və parlaq qara rənglərindədir.
Qeyd olunur ki, iPhone 7-nin satış qiyməti dünya bazarında 649 dollardan başlayacaq. Satışlar sentyabrın 16-da dünyanın 28 ölkəsində, bir həftə sonra isə 30 ölkədə həyata keçəcək.


Şərhlər