Menu

ABŞ dövlət katibi Natiq Cəfərlinin azadlığa buraxılmasını alqışlayıb

10.09.2016, 21:45

Djon KerriABŞ-ın dövlət katibi Con Kerri Respublikaçı alternativ hərəkatının icraçı katibi Natiq Cəfərlinin azadlığa buraxılmasını alqışlayıb.

"Report"un məlumatına görə, bu barədə dövlət katibinin bəyanatında bildirilir.

Dövlət katibi eyni zamanda sentyabrın 26-da Konstitusiyaya dəyişikliklərlə bağlı referendum ərəfəsində açıq və kütləvi dialoqu dəstəklədiyini də qeyd edib.

Qeyd edək ki, Natiq Cəfərli avqust ayında həbs edilmişdi. O, bu günlərdə azadlığa buraxılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol