Menu

Lukaşenko Qərbin Belorusa qarşı sanksiyaları tam ləğv edəcəyini düşünür

11.09.2016, 15:25

lukasenko2Belorus prezidenti Aleksandr Lukaşenko parlament seçkilərindən sonra Qərbin ölkəsinə qarşı son sanksiyaları da ləğv edəcəyini düşünür.

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, A. Lukaşenko bunu bu gün parlament seçkiləri ilə əlaqədar səs verdiyi seçki məntəqəsində jurnalistlərə açıqlamasında bildirib.

A. Lukaşenko deyib ki, hər şey edirlər ki, Qərbin Belorusa qarşı iddiaları az olsun: “Biz sanksiyalardan çox əziyyət çəkmirik, ancaq bu, xoş hal deyil. Biz hamımız sanksiya altında yaşamaq istəmirik, bu, ölkəyə təsir göstərir. Sentyabrda Qərbin Belarusa qarşı bir sıra sanksiyaları ləğv etməsi bizim haqlı olduğumuzu göstərdi. Bizim qarşımıza sərt şərt qoyanda, biz bunun maraqlarımıza cavab verib-vermədiyinə baxırıq. Bəli, biz hər şey edirik ki, bizə qarşı iddialar az olsun. Ancaq Qərbin tələbləri Konstitusiyaya zidd olanda, bu, bizim üçün qəbuledilməzdir”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol