Menu

“Biz Konstitusiyaya dəyişiklikləri mühüm saymadıq” - PA-nın şöbə müdiri

21.09.2016, 20:34
“Biz Konstitusiyaya dəyişiklikləri mühüm saymadıq” - PA-nın şöbə müdiri

“Venesiya Komissiyası və Avropa Şurası Konstitusiyaya dəyişikliklərlə əlaqədar bizimlə əlaqə saxlamayıb. Nə rəsmi müraciət, nə də zəng olub”.

APA-nın məlumatına görə, bunu Azərbaycan Prezident Administrasiyasının Qanunvericilik və hüquq ekspertizası məsələləri şöbəsinin müdiri Şahin Əliyev deyib.

O bildirib ki, Azərbaycanla ultimatum dilində danışırlar.

Ş. Əliyev Azərbaycan tərəfinin Konstitusiyaya dəyişikliklərə rəy verilməsi üçün Venesiya Komissiyasına müraciət etməməsinə də aydınlıq gətirib: “Biz Konstitusiyaya dəyişiklikləri mühüm saymadıq. Söhbət Azərbaycan prezidentinə əlavə səlahiyyətlər verilməsindən getmir. Vitse-prezidentlər əlavə səlahiyyətlər gətirmir. Söhbət idarəetmənin təkmilləşdirilməsindən gedir. Vitse-prezidentlər adı katiblər də ola bilərdi. Söhbət islahatların sürətlə həyata keçirilməsindən gedir. İnsan hüquqları ilə bağlı məsələlərə isə Venesiya Komissiyasının mənfi yanaşması olmayıb. İnsan hüquqlarına dair dəyişiklikləri də Venesiya Komissiyasına göndərməyə ehtiyac yox idi”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol