Menu

Daha bir AXCP üzvü polisə gətirilib

24.09.2016, 23:02

AXCPAXCP Binəqədi rayon şöbəsinin fəalı Elçin Dəmirovun sentyabrın 24-də zorla polisə aparıldığı deyilir.

Bu haqda AXCP-nin yaydığı məlumatda bildirilir.

Məlumatda qeyd edilir ki, E.Dəmirovu yaşadığı mənzildən aparıblar.

Partiya E.Dəmirovun hazırda Binəqədi Rayon Polis İdarəsinin 6-cı polis bölməsində olduğunu bildirir.

Binəqədi rayon Polis İdarəsindən deyiblər ki, E.Dəmirovun saxlanması barədə onlarda məlumat yoxdur.

Sentyabrın 24-də daha bir AXCP fəalının saxlandığı açıqlanıb. Partiyanın yaydığı məlumatda AXCP Ali Məclisinin həbsdə olan üzvü Sahib Rüstəmlinin oğlu Rail Rüstəmlinin Sabirabad rayon Polis İdarəsinə aparıldığı bildirilirdi ("Azadlıq" radiosu).

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol