Menu

Polkovnik Mehman Səlimovun şikayəti üzrə məhkəmə qərarı açıqlanıb

28.09.2016, 16:25

mehman 1Bu gün Bakı Apellyasiya Məhkəməsində mənimsəmə və vəzifə səlahiyyətlərindən sui-istifadə etmədə təqsirləndirilən sabiq müdafiə naziri Səfər Əbiyevin müavini olmuş Mehman Səlimovun barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.

"Report"un xəbərinə görə, hakim Mirpaşa Hüseynovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, M.Səlimovun apellyasiya şikayəti təmin edilməyib, birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilmədən saxlanılıb.

Qeyd edək ki, M.Səlimov Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə - külli miqdarda törədildikdə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 192.2.2-ci (külli miqdarda gəlir əldə etməklə törədildikdə) maddələri ilə ittiham olunub. O, 1995-1999-cu illərdə Azərbaycan müdafiə naziri S.Əbiyevin siyasi və ictimai işlər üzrə müavini olub.

Bu il aprel ayının 22-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə M.Səlimov 8 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan M.Səlimov apellyasiya şikayəti verib. O, barəsində bəraət hökmünün çıxarılmasını istəyib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol