Menu

Rusiya Suriyada ən yeni hava hücumundan müdafiə sistemi yerləşdirir

04.10.2016, 21:23
Rusiya Suriyada ən yeni hava hücumundan müdafiə sistemi yerləşdirir

AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, Rusiya Suriyada ən yeni hava hücumundan müdafiə (HHM) sistemi yerləşdirməyə başlayıb. Bu, belə komplekslərin ölkə sərhədlərindən kənarda yerləşdirildiyi ilk haldır.

«Fox News» telekanalının verdiyi xəbərə görə, Rusiya hərbçiləri Suriyaya qanadlı raketləri vurmaq qabiliyyətinə malik S-300B4 sisemi gətiriblər. Bu zaman telekanal ABŞ administrasiyasındakı bir neçə mənbəyə istinad edir. Kanalın məlumatına görə, ötən istirahət günü sistemin komponentləri Rusiyanın Tartusdakı hərbi-dəniz bazasına gətirilib. Telekanal müsahiblərinin qiymətləndirməsinə görə, sistem quraşdırılmaq mərhələsindədir. KİV-n məlumatına görə, ən yeni HHM sistemi təyyarələri, hətta orta mənzilli ballistik raketləri vurmaq qabiliyyətinə malikdir.

Bununla bərabər, telekanalın mənbələri qeyd ediblər ki, «İslam dövləti» və «Cəbhət-ən-Nursə» kimi terrorçu təşkilatların sərəncamında aviasiya və qanadlı raketlər yoxdur. Mənbələr ehtimal edirlər ki, Rusiya «bununla da ABŞ və müttəfiqlərinin potensial hücumlarından müdafiə olunmaq niyyətindədir».

Qeyd etmək lazımdır ki, ən yeni HHM sistemi Suriyaya Moskva ilə Vaşinqton arasında danışıqların dayandırılması fonunda göndərilib. Bu, Aleppodakı xəstəxananın bombalanması məsələsində Qərb mənbələrinin Rusiyanı ittiham etməsindən sonra baş verir.

Rusiya XİN isə ABŞ-ı ittiham edərək, bildirir ki, onlar Suriyada hakimiyyəti dəyişmək yolunda «iblislə də sövdələşməyə» getməyə (başqa sözlə, islamçı terrorçularla - red.) hazırdırlar.

İki ölkənin hərbi mütəxəssisləri isə Suriya səmasında mümkün insidentlərdən qaçmaq məqsədilə təmasları davam etdirirlər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol