Tanınmış müğənni Günay İbrahimlinin sponsoru məlum olub. Azxeber.com xəbər verir ki, ATV-də yayımlanan "Zərif qəhrəman" verilişində çıxış edən Nuriyyə Əhmədova adlı biznes-ledi ona sərmayə qoyduğunu və sponsorluq etdiyini deyib. O bildirib ki, sponsor və investor ayrı-ayrı anlayışlardır, bunları qarışdırmaq düzgün deyil.

Nuriyyə Əhmədova həmçinin deyib ki, Günayın mahnılarını da bir vaxtlar onlar seçiblər.

Qeyd edək ki, Nuriyyə Əhmədovanın tikiş şirkəti var.

Həmin süjeti təqdim edirik: