Menu

Azərbaycan antitteror siyahısını qısaldıb

20.10.2016, 18:11
Azərbaycan antitteror siyahısını qısaldıb

Maliyyə Bazarlarına Nəzarət Palatasının Maliyyə Monitorinqi Xidməti BMT Təhlükəsizlik Şurasının İŞİD və “əl-Qaidə” Sanksiya Komitəsinin qəbul edilmiş qərarına uyğun olaraq, barələrində sanksiyalar tətbiq edilməli olan fiziki və ya hüquqi şəxslərin ümumi siyahısındakı şəxslərin sayını azaldıb.

Səudiyyə Ərəbistanı vətəndaşı Məhəmməd Əbu əl-Hayra, Liviya vətəndaşı Həsən Hayed və Yəmən vətəndaşı Nasir Abd-əl-Kərim Abdullah əl-Vahişi siyahıdan çıxarılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol