Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) mayın 22-də REAL hərəkatının lideri İlqar Məmmədovun şikayəti üzrə qərarını elan edəcək.Bu barədə “Turan”-a İ.Məmmədovun vəkili Fuad Ağayev məlumat verib.

Şikayət 2013-cü ilin aprelində prioritet qaydada baxılmaq üçün qəbul olunub. Şikayətdə İ.Məmmədovun Avropa Konvensiyasının 5-ci b ( azadlıq və şəxsi toxunulmazlıq hüququ), 6 (ədalətli məhkəmə çəkişməsi hüququ), 13 (effektiv müdafiə vasitəsi hüququ), 14 (siyasi mənsubiyyətə gör diskriminasiyanın qadağan olunması) maddələri ilə zəmanət verilmiş hüquqlarının pozulması məsələsi qoyulub.

Güman etmək olar ki, AİHM-in qərarı İ.Məmmədovun xeyrinə olacaq. Çünki AİHM bu işə böyük diqqət yetirir və onu prioritet qaydada, yəni növbədənkənar baxılmaq üçün qəbul edib.

Qeyd edək ki, İ.Məmmədov İsmayıllı hadisələri ilə bağlı 7 il azadlıqdan məhrum edilib.

“Amnesty International” beynəlxalq təşkilatı İ.Məmmədovu “vicdan məhbusu” kimi tanıyıb.