Menu

«Admiral Kuznetsov»un bir Miq-29 qırıcısı qəzaya uğrayıb

15.11.2016, 00:46
«Admiral Kuznetsov»un bir Miq-29 qırıcısı qəzaya uğrayıb

AzPolitika.info «Fox News» telekanalına istinadla xəbər verir ki, Rusiyanın Aralıq dənizində üzən aviadaşıyıcısı «Admiral Kuznetsov»dan havaya qalxan Miq-29 qırıcı təyyarəsi qəzaya uğrayaraq, dağılıb. Bu barədə telekanala iki amerikalı məmur xəbər verib.

Müdafiə nazirliyi bu xəbəri operativ şərh edə bilməyib.

Kanalın mənbələri bildirirlər ki, noyabrın 13-də qəyaza uğrayan təyyarə 3 qırıcıdan ibarət qrupun tərkibində havaya qalxıb. Uçuş zamanı Miq-29-lardan birində texniki problem yaranıb. Bundan sonra təyyarə geriyə - «Admiral Kuznetsov»a doğru səmt götürüb.

Kanal təsdiqləyir ki, təyyarə məcburi enmə cəhdi edərkən suya düşüb. Təyyarənin düşdüyü yerə Rusiyanın xilasedici vertolyotu göndərilib. Xilasedicilər pilotu və onun paraşütünü sudan götürüblər.

Müdafiə nazirliyi mətbuat xidmətinin nümayəndəsi isə bəyan edib ki, nazirlikdə qəzaya uğrayan Miq-29 barədə «xəbəri görüblər». Bu zaman o, situasiyanı operativ şərh edə bilməyib və bir qədərdən sonra məlumat verəcəyini vəd edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol