Menu

«Admiral Kuznetsov»un qırıcıları «ən-Nusra»ya ağır zərbə endirib

17.11.2016, 12:13

qirici_295150074855AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, Rusiya hərbi-dəniz qüvvələrinə (HDQ) məxsus «Admiral Kuznetsov» aviadaşıyıcısından havaya qalxan Su-33 qırıcı təyyarələri Suriyanın İdlib əyalətində «Cəbhət ən-Nusra» döyüşçülərindən ən azı 30 nəfəri məhv edib. Onların arasında Hələbə hücum hazırlayan səhra komandiri Əbdül Baha Əl-Asfari də var.

Bu barədə cümə axşamı Rusiya Müdafiə nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov bəyan edib.

Konaşenkov qeyd edib ki, kəşfiyyatın bir neçə kanalı ilə əldə olunmuş məlumkat təsdiq edir ki, əməliyyat zamanı səhra komandirləri Mühəmməd Helala, Əbu Cabir Harmuxa və Əbdül Baha Əl-Asfari məhv edilib.

«Məhv edilmiş səhra komandiri Əbdül Baha Əl-Asfari «Cəbhət ən-Nusra»-nın Hələb və Hama əyalətlərindəki ehtiyat qüvvələri qalıqlarının birləşdirilməsinə cavabdeh olub»-deyə, rusiyalı nümayəndə qeyd edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol