Menu

Tramp MKİ və Baş prokurorluğa namizədlər seçib

18.11.2016, 18:14
Tramp MKİ və Baş prokurorluğa namizədlər seçib

AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, AŞB-ın yeni seçilmiş Prezidenti Donald Tramp Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) direktorluğuna və Baş prokuror vəzifələrinə namizədlər seçib.

«Röyters» agentliyinin xəbərinə görə, respublikaçı-konqresmen Mayk Pompeo MKİ-nin direktoru olmaq barədə yeni seçilmiş Prezident D.Trampın təklifini qəbul edib.

«Tramp nümayəndələr Palatasının üzvü Mayk Pompeoya MKİ-nin direktoru postunu təklif edib. Pompeo təklifi qəbul edib» - deyə, yeni prezidentin komandasındakı mənbə agentliyə danışıb.

Agentlik onu da xəbər verir ki, Alabama ştatından sentor Ceff Seşns yeni administrasiyada ədliyyə naziri və Baş prokuror postunu tutmaq barədə Trampın təklifini qəbul edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol