Menu

İsveçrə qırıcıları Rusiya təyyarəsini sərhədə qədər müşaiyət ediblər!

18.11.2016, 22:21
İsveçrə qırıcıları Rusiya təyyarəsini sərhədə qədər müşaiyət ediblər!

AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, İsveçrənin qırıcı təyyarələri xüsusi reyslə uçan Rusiya təyyarəsini öz sərhədlərinə qədər müşaiyət ediblər. Qırıcılar laynerə o qədər yaxın məsafədən uçublar ki, hətta olların nömrəsini belə oxumaq mümkün olub.

Rusiya təyyarəsi Moskvadan Peruya uçur və «Rossiya» xüsusi uçuş qrupuna daxildir. Bu məlumatı «İnterfaks»a təyyarənin göyərtəsində olan müxbir ötürüb.

Təyyarədə rusiyalı jurnalistlər və Prezident Vladimir Putinin Limə səfərini müşaiyət edəcək nümayəndə heyətinin bəzi üzvləri uçub.

Ekipajın komandiri sərnişinlərə izah edib ki, bu marşrut üzrə belə hərəkətlər adi təcrübədir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol