Suriyanın Əl Bab şəhəri ətrafında həlak olan 3 türk əsgərinin İŞİD terrorçuları ilə döyüşdə deyil, Suriya aviasiyasının bombardmanı nəticəsində öldüyü məlum olub.
APA-nın "Hürriyet"ə istinadən verdiyi xəbərə görə, bunu Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı açıqlayıb. Açıqlamada deyilir ki, noyabrın 24-də saat 03:30-da Suriya rejimi tərəfindən həyata keçirilən hava hücumu nəticəsində 3 hərbi qulluqçu həlak olub, 1-i ağır olmaqla, 10 əsgər yaralanıb. Yaralılar hərbi əməliyyat zonasından çıxarılaraq Türkiyənin Qaziantep şəhərinə aparılıb.
Baş nazir Binəli Yıldırım hadisə barədə müdafiə naziri İsmət Yılmaz və Baş Qərargah rəisi Hulusi Akardan məlumat alıb.

Şərhlər