Menu

Gömrükçülər sərhəddə 62 kq şabalıd aşkar ediblər

24.11.2016, 15:11
Gömrükçülər sərhəddə 62 kq şabalıd aşkar ediblər

Dövlət Gömrük Komitəsi (DGK) Tovuz Gömrük İdarəsinin “Sınıq Körpü” gömrük postunun idxal nəzarət zonasında Gürcüsatandan gələn Azərbaycan vətəndaşının idarə etdiyi nəqliyyat vasitəsinə baxış keçirilib. Bu barədə “Report”a DGK-nın mətbuat xidmətindən məlumat verilib.

Yoxlama zamanı avtomobilin gizli saxlanc yerlərindən və yük yerindəki ehtiyat təkərinin içərisindən gömrük nəzarətindən gizlədilən 62 kq şabalıd aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol