Menu

Rauf Mirqədirovun işi üzrə qərar verildi

06.05.2014, 19:00
Rauf Mirqədirovun işi üzrə qərar verildi

Mayın 6-da Nəsimi Rayon Məhkəməsi MTN-in istintaq təcridxanasında saxlanan jurnalist Rauf Mirqədirovun şikayətini təmin etməyib. Şikayətdə Rauf Mirqədirovun qanunsuz tutulduğu iddia olunurdu.

Rauf Mirqədirovun vəkili Fuad Ağayev “Media forum” saytına bildirib ki, qərarı əldə edəndən sonra apellyasiya şikayəti verəcək.

Aprelin 19-da Rauf Mirqədirov yaşadığı Türkiyə paytaxtı Ankaradan deportasiya edilib. Həmin gün təyyarə ilə Bakıya göndərilən jurnalisti MTN əməkdaşları tutub. O, 2008-ci ilin aprelindən etibarən Ermənistanın xüsusi xidmət orqanlarına işləmək motivi ilə dövlətə xəyanətdə ittiham olunur.

Rauf Mirqədirov Sülh və Demokratiya İnstitutunun Ermənistan QHT-ləri ilə birgə çoxsaylı layihələrinin fəal iştirakçısı kimi dəfələrlə Ermənistana səfər edib, xalq diplomatiyası üzrə Azərbaycan-Ermənistan layihələrinə qatılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol