Menu

Kriştianu Ronaldu "Qızıl top-2016"nın sahibi olub

06.12.2016, 21:22
Kriştianu Ronaldu "Qızıl top-2016"nın sahibi olub

Portuqaliya yığmasının və “Real Madrid” futbol klubunun ulduzu Kriştianu Ronaldu "Qızıl top-2016"nın sahibi olub.Bu barədə "El Mundo Deportivo" yazıb.

Məlumatda bildirilir ki, cümə axşamı "France Football" jurnalı bu mühüm mükafatı təqdim edənlə geniş müsahibə alacaq.

Həmçinin məlumatda qeyd edilir ki, Ronaldunun qələbəsi rəsmən bazar ertəsi günü elan ediləcək.

Qeyd edək ki, "France Football"un "Gümüş top"unun sahibi Leonel Messi olacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol