Menu

Azərbaycanda 4 dərman istehsalı zavodu olacaq

08.12.2016, 11:53
Azərbaycanda 4 dərman istehsalı zavodu olacaq

2018-ci ilədək Azərbaycanda artıq 4 dərman istehsalı zavodu fəaliyyət göstərəcək.

Trend-in məlumatına görə, bunu iqtisadiyyat naziri Şahin Mustafayev Bakıda Azərbaycan Beynəlxalq investisiya konfransında deyib.

Nazir bu yaxınlarda Azərbaycan-Rusiya birgə əczaçılıq zavodunun təməlqoyma mərasiminin keçirildiyini xatırladıb:

"Həmçinin bu ay İranla birgə əczaçılıq zavodunun təməlini qoyacağıq. Bundan başqa, hazırda biz daha iki oxşar layihəni nəzərdən keçiririk".

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol