Menu

Seyran Ohanyan yeni partiyanın qurultayında çıxış edəcək

10.12.2016, 16:07

YSU scientific council hosts the RA Minister of Defence Seyran OhanyanErmənistanın keçmiş müdafiə naziri, aprel döyüşlərində erməni ordusunun aldığı zərbələrin doğurduğu siyasi nəticələrə görə vəzifəsindən azad edilən Seyran Ohanyan aktiv siyasi fəaliyyətə keçmək üçün hazırlıqlar görür.

Virtualaz.org xəbər verir ki, Ohanyan dekabrın 23-də Ermənistanda təsis ediləcək yeni siyasi partiyanın-“Üçüncü respublika”nın qurultayında çıxış edəcək. Bu haqda “Jamanax” qəzeti yazıb.

Qəzetin yazdığına görə hələ yeni partiyaya kimin rəhbərlik edəcəyi məlum deyil. Ola bilsin partiyaya Viktor Dəlləkyan, yaxud Seyran Ohanyan özü başçılıq edəcək. Hazırda Ohanyanın arvadı Ruzanna Xaçatryan yeni partiya quruculuğu işində fəal iştirak edir. Ohanyanın partiyasının Sərkisyana müxalifətdə olacağı gözlənilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol