Menu

Bakıda ABŞ vətəndaşı döyülərək qarət edilib

08.05.2014, 10:08
Bakıda ABŞ vətəndaşı döyülərək qarət edilib

Bakıda ABŞ vətəndaşı soyulub. Səbail Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Neftçilər prospekti 25 də yerləşən “Hilton” otelinin qarşısında qeydə alınıb.

ABŞ vətəndaşı, 1957-ci il təvəllüdlü Meknelli Kent Davidi 2 nəfər naməlum şəxs döyərək içərisində 300 manat olan pul kisəsi götürüblər.

ABŞ vətəndaşına xəstəxanada ilkin tibbi yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol