Menu

İŞİD Türk ordusuna hücum etdi - Ölən və yaralanan var

21.12.2016, 12:47
İŞİD Türk ordusuna hücum etdi - Ölən və yaralanan var

"AzPolitika.info" Türk KİV-lərinə istinadən xəbər verir ki, Suriyada davam etdirilən "Fərat Qalxanı" hərəkatına qatılan Türk əsgərlərinin olduğu Əl Bab bölgəsində terror təşkilatı İŞİD ünsürlərinin hücumunda şəhid və yaralıların olduğu bildirilib.

Türk Silahlı Qüvvələri tərəfindən başladılan və 120-ci gününə girən "Fərat Qalxanı" hərəkatı ilə dəstəklənən Azad Suriya Ordusu mənsublarının irəliləməyə çalışdığı Əl Bab yaxınlarındakı Türk əsgərlərinin olduğu bölgəyə terror təşkilatı İŞİD militanları hücum təşkil edib. Çıxan qarşıdurmada çox sayda İŞİD terroristi yararsız hala gətirilərkən, şəhid və yaralılar olduğu ifadə edilib. İŞİD hücumunun dayandırılmasının ardından yaralıların sərhəd xəttinə daşınması üçün iş başladılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol