Menu

Bakıda ana və 3 yaşlı qızı faciəvi şəkildə öldü

21.12.2016, 21:43
Bakıda ana və 3 yaşlı qızı faciəvi şəkildə öldü

Azərbaycanda dəm qazından daha bir zəhərlənmə hadisəsi baş verib.

“Qafqazinfo”ya bu dəqiqələrdə daxil olan məlumatına görə, Sabunçu rayonu, Pirşağı qəsəbəsində ana və qızı qazdan boğulublar. Belə ki, 1983-cü il təvəllüdlü Kəmalə Qarayeva və 3 yaşlı qızı Nərgiz hamamda çimərkən qaz sızması baş verib. Ana və qız zəhərlənərək vəfat ediblər.

Kəmalə Qarayevanın əslən Ağdam rayonundan olduğu bildirilir.

Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerində araşdırma aparırlar.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol