Misirin iqtidarpərəst mətbuatı Səudiyyə Ərəbistanı kralı Salmanı xain elan edib.
Strateq.az xəbər verir ki, hələ 2016-cı ilin aprelində onun Misirə etdiyi səfəri tarixi adlandıran Misir qəzetləri indi yazır: "Kral Salman qardaşı Abdullahın vəsiyyətinə zidd davranır".
Misir KİV-ləri iddia edir ki, kral Salman gizlicə "Müsəlman qardaşlar" təşkilatı ilə ittifaq bağlayıb və eks-prezident Məhəmməd Mursinin həbsdən çıxarılması üçün danışıqlar aparır.


Şərhlər