Menu

İsrailin baş naziri müstəntiqlər tərəfindən dindirilib

03.01.2017, 09:16
İsrailin baş naziri müstəntiqlər tərəfindən dindirilib

Korrupsiyada şübhəli bilinən İsrailin baş naziri Benyamin Netanyahu müstəntiqlər tərəfindən dindirilib.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, qapalı şəkildə keçirilən dindirilmə Netanyahunun Qüdsün mərkəzində yerləşən iqamətgahında baş tutub.

Bundan əvvəl baş nazir ona qarşı irəli sürülən ittihamları rədd edib. Dindirilmə 3 saata yaxın davam edib.

Qeyd edək ki, B. Netanyahu və ailə üzvləri iki iş adamından qanunsuz hədiyyələr almaqda şübhəli bilinirlər. Dekabrda baş nazirin həyat yoldaşı Sara Netanyahu büdcə vəsaitlərinin şəxsi ehtiyaclarına istifadə etməkdə şübhəli bilinərək dindirilmişdi

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol