Menu

Maykl Ouen Ronaldonu lağa qoydu – FOTO

08.01.2017, 12:09
Maykl Ouen Ronaldonu lağa qoydu – FOTO

İngiltərə millisinin sabiq üzvü Maykl Ouen bir vaxtlar Madrid “Real”ında komanda yoldaşı olan Ronaldoya artıq çəkisinə görə lağ edib.

Qol.az-ın məlumatına görə, 38 yaşlı keçmiş hücumçu şəxsi tvitter hesabında Ronaldo, Luiş Fiqo və Zinəddin Zidanla şəklini paylaşaraq yazıb: “Ronaldonu görənə qədər son vaxtlar kökəldiyimi düşünürdüm”.

Qeyd edək ki, Ouen sabiq komanda yoldaşları ilə “Real”ın ötən gün “Qranada” ilə keçirilən oyununu stadiondan izləyib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol