Menu

Sabirabad sakini həyat yoldaşının qohumları tərəfindən bıçaqlanıb

08.01.2017, 20:55

bicaqHadisə axşam saatlarında rayonun Çığırqan kəndində qeydə alınıb

Sabirabadda bıçaqlanma hadisəsi baş verib.

“Report”un Aran bürosu xəbər verir ki, hadisə bu gün axşam saatlarında rayonun Çığırqan kəndində qeydə alınıb.

Kənd sakini, 37 yaşlı Təhmasib Qurbanəli oğlu Səfərov bıçaq xəsarətləri ilə Salyan Mərkəzi Xəstəxanasına çatdırılaraq əməliyyat olunub.

İlkin məlumata görə, Təhmasib Səfərov yoldaşının əmisi oğlu və bacanağı tərəfindən bıçaqlanıb.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol