Dünən- mayın 12-də Salyanda “Demokratiyaya yardım” QHT-nin rəhbəri Emil Məmmədov zorla pul tələb etməkdə şübhəli bilinərək saxlanılıb.

Bu barədə o, Salyan rayon polisindən "Turan"a telefonla məlumat verməyə müvəffəq olub. Bundan sonra E.Məmmədovun telefonu söndürülüb.

Aprelin 17-də QHT-nin digər bir fəalı Tofiq Qasımov zorla pul tələb etmək ittihamı ilə 2 ay müddətinə həbs edilib.

Tofiq Qasımovun həbsindən sonra E. Məmmədovu dəfələrlə Salyan polisinə çağırıblar, burada müxtəlif rayon idarələrinin – poçtun, maliyyə idarəsinin və digər qurumların rəhbərlərini internetdə nüfuzdan salan materiallar dərc etməkdə ittiham ediblər. O, bu ittihamları uydurma adlandırıb.

“Demokratiyaya yardım” QHT cənub regionunda ən fəal vətəndaş cəmiyyəti institutlarından biridir.