Menu

«Ukrayna Rusiyaya əks-hücum etməyə hazırdır» - Poroşenko

25.01.2017, 17:19

petro_poroshenko_120215_2«AzPolitika.info»-nun Ukrayna KİV-ə istinadla verdiyi xəbərə görə, Ukraynanın Prezidenti Pyotr Poroşenko bəyan edib ki, ölkəsi kiberməkanda Rusiyaya əks-hücuma keçməyə hazırdır. Xəbəri «112 Ukrayna» telekanalı yayıb.

Finlandiyanın dövlət başçısı Sauli Niinitse ilə keçirdiyi birgə brifinqdə Ukrayna Prezidenti deyib ki, onun ölkəsinin «güclü kiberbölmələr»i var və onların sayəsində əks-hücumlar həyata keçirə bilər.

«Ancaq Ukrayna kiberhücumların yeganə hədəfi deyil. Bütün Avropa millətləri və ABŞ kiberhücum obyektidir. Bu, hibrid müharibənin elementidir» - deyə, Poroşenko bəyan edib.

Prezident əlavə edib ki, digər dövlətlər də Rusiya tərəfindən ola biləcək belə çağırışlara (iqtisadi sanksiyalarla, qeyri-sabitliklərlə və ilhaqlarla birlikdə) hazır olmalıdırlar.

Bir həftə bundan əvvəl Davosda Ümumdünya iqtisadi forumu çərçivəsində Poroşenko kiber məkanda Rusiyaya yönəlik «dünya qarşıdurma sistemi» yaratmağa çağırıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol