Menu

ABŞ-da qırıcılar səhvən hərbçilərə atəş açıb, ölən və yaralanan var

01.02.2017, 21:55

F16İki F-16 qırıcısı səhvən hava-yer sinifli bir neçə raket buraxıb

ABŞ Hərbi Hava Qüvvələrinə məxsus qırıcı təyyarələr Nyu-Meksiko ştatında yerləşən Holloman bazasında təlim zamanı səhvən hərbçilərə atəş açıb.

"Report" "Associated Press"ə istinadən xəbər verir ki, insident nəticəsində bir hərbçi ölüb, digəri yaralanıb.

Məlumata görə, iki "F-16" qırıcısı səhvən "hava-yer" sinfli bir neçə raket buraxıb.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol