Menu

Tramp CNN-i cəzalandırdı - Ağ Ev imtina etdi

01.02.2017, 23:24
Tramp CNN-i cəzalandırdı -  Ağ Ev imtina etdi

Ağ Ev öz nümayəndələrini CNN televiziyasının proqramlarına göndərməkdən imtina edib.Axar.az xəbər verir ki, bu barədə informasiyanı “Politiko” qəzeti özünün etibarlı mənbələrinə istinadən yayıb. Qəzet CNN-ə qadağanın daimi olmayacağını bildirib.

CNN televiziyasının reportyorlarından biri isə qəzetə açıqlamasında Ağ Evin bu addımı bilərəkdən atdığını söyləyib. O, Tramp administrasiyasının CNN-i cəzalandırdığını və kanalın reytinqini aşağı salmağı hədəflədiyini söyləyib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol