Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilən Araz Kəsəmənlinin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA-nın məlumatına görə, prosesdə hökm oxunub. Hökmə əsasən, A. Kəsəmənli 8 il 4 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, ötən proses zamanı dövlət ittihamçısı çıxış edərək A. Kəsəmənlinin 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Xatırladaq ki, Araz Kəsəmənli şair Nüsrət Kəsəmənlinin oğludur. O, 1998-ci ildə qeyri-rəsmi yaşadığı qadını qətlə yetirməkdə ittiham olunaraq 15 il həbsxana həyatı yaşayıb.

Həbsdən çıxandan 3 ay sonra isə həbs edilib. O, Cinayət Məcəlləsinin 234-cü (qanunsuz olaraq narkotik vasitə əldə etmə, saxlama, satma, daşıma, göndərmə) maddəsinə əsasən ittiham olunur.