Menu

Türkiyə Azərbaycanda yeni nümayəndəlik açacaq

23.02.2017, 14:44
Türkiyə Azərbaycanda yeni nümayəndəlik açacaq

Türkiyə Azərbaycanda kənd təsərrüfatının inkişafı üzrə nümayəndəlik açacaq.

Trend-in məlumatına görə, bu barədə Azərbaycanın kənd təsərrüfatı naziri Heydər Əsədov brifinqdə deyib.

Nazir qeyd edib ki, nümayəndəlik Türkiyənin Azərbaycandakı səfirliyi yanında açılacaq:

"Səfirlikdə xüsusi nümayəndə - Türkiyənin qida, kənd təsərrüfatı və heyvandarlıq nazirinin müşaviri təyin ediləcək. O, iki ölkə arasında kənd təsərrüfatı sahəsində əməkdaşlığın inkişafına məsul olacaq".

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol