«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Amerika Birləşmiş Ştatlarının xüsusi xidməti müsəlman ölkələrindən qaynaqlana biləcək terror təhlükəsini təsdiqləyən dəlil-sübut tapmyıb. Bu barədə hazırlanmış məruzə Prezident Trampın immiqrasiya fərmanının «əsasları»nı sarsıdır.
ABŞ Daxili Təhlükəsizlik Nazirliyi (DTN) Trampın immiqrasiya fərmanında xatırladılan müsəlman ölkələrindən olan miqrantların «terror ixracçısı» qismində ABŞ üçün yüksək səviyyəli təhlükə təşkil etməsi ehtimalı barədə olduqca əhəmiyyətsiz dəlillər toplaya bilib.
«Associated Press» agentliyinin məlumatına görə, nazirliyin hazırladığı sənəddə deyilir ki, İraq, İran, Suriya, Somali, Yəmən, Liviya və Sudandan olan yalnız az bir qism insan ABŞ-da terrorçuluq fəaliyyəti ilə əlaqəli olub və ya hücumlarda iştirak edib.
Bu məruzə Prezident fərmanının əsaslarını sarsıdır. Məlumdur ki, Preziden Tramp DTN və Ədliyyə Nazirliyinə (ƏN) immiqrasiya qaydalarının sərtləşdirilməsini əsaslandırmağa kömək edə biləcək faktları toplamaq tapşırığı verib.
Bununla belə, nazirliyin nümayəndəsi agentliyə deyib ki, təqdim olunmuş sənəd yalnız layihədir və vəziyyətin tam qiymətləndirilməsi üçün əsas sayıla bilməz.
Buradan açıq-aydın görünür ki, ABŞ Prezidenti Donald Tramp və onun administrasiyası «müsəlman ölkələrindən qaynaqlanan terror təhlükəsi» adı altında sadəcə, «öz kölgəsi ilə vuruşur» və ya «siyasi şıltaqlıqla məşğuldur».


Şərhlər