“Mən hesab edirəm ki, dövlət başçısı ölkənin bu cür çirkablı bir dönəmində Avropa Şurasının hökmlərini nəzərə alacaq və bu addımı atacaq”.

Bunu AzPolitika.info-ya açıqlamasında millət vəkili İqbal Ağazadə AŞ PA prezidenti Ann Brassörün çıxışı zamanı Azərbaycanda ifadə azadlığı, sərbəst toplaşmaq azadlığı sahəsində vəziyyətin daha da pisləşdiyini və bloqqerlərin, jurnalistlərin, vətəndaş cəmiyyəti fəallarının təqiblərə məruz qaldığını bildirməsinə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, bu olduqca düşündürücü bir məsələdir: “AŞPA-nın Azərbaycana qarşı bu cür hökmündən sonra həbsdə olan jurnalist və bloqqerlər mayın 28-də əfv ediləcək”.

Qeyd edək ki, mayın 28-də Azərbaycanda böyük əfvin olacağı bildirilir.

Ülkər Musazadə