Menu

"NATO terrorizmlə mübarizədə hər yerdə aparıcı rol oynamamalıdır" - Reks Tillerson

31.03.2017, 16:38
"NATO terrorizmlə mübarizədə hər yerdə aparıcı rol oynamamalıdır" - Reks Tillerson

NATO hər yerdə terrorizmlə mübarizəyə rəhbərliyi öz üzərinə götürməməlidir, lakin alyans fəaliyyətinə ehtiyac olan sahələrdə əlavə səylər göstərməlidir.

Trend-in məlumatına görə, bunu ABŞ-ın dövlət katibi Tillerson alyansa üzv olan ölkələrin xarici işlər nazirləri qarşısında çıxışı zamanı deyib.

R.Tillerson qeyd edib: "Biz NATO-nun terrorizmlə mübarizədə hər yerdə aparıcı rol oynamalı olduğunu düşünmürük. Bu rolu tez-tez digərləri - milli hökumətlər, İŞİD-lə mübarizə üzrə koalisiya və Avropa İttifaqı oynayacaq".

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol