Menu

Əfqanıstanda “Taliban”ın 200-dən çox üzvü təslim olub

02.04.2017, 10:05

Taliban-guerrilla-fighter-001Əfqanıstanın Balx əyalətində “Taliban” hərəkatının 200-dən çox üzvü silahı yerə qoyaraq təslim olub. APa-nın xəbərinə görə, bu barədə “Sinxua” agentliyinə yerli rəsmi qurumlardan bildirilib.

“Silahlı şəxslər, qubernatorun çağırışına əməl edərək, Çimtal bölgəsində sülh və nizamlanma prosesinə qoşulublar”, - deyə mənbə bildirib.

Təslim olanların arasında Xan Məhəmməd və Dava Xan kimi komandirlərin də olduğu bildirilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol