Menu

16 milyardlıq qalmaqalda Azərbaycan izi

01.10.2013, 14:42
16 milyardlıq qalmaqalda Azərbaycan izi

Bir neçə gün əvvəl 2007-ci ildə Frankfurtdan Moskvaya göndərilən 100 avroluq əskinazların 6 ildir hava limanında sahibini gözlədiyi barədə məlumat vermişdik. «Daily mail» nəşrinin yazdığına görə, sənədlər pulların 45 yaşlı İran vətəndaşına sahib olduğunu göstərir. Lakin bu şəxs Rusiya gömrükçülərinin müvafiq sənəd təqdim etmək tələbini cavabsız qoyduğundan pullar heç kimə çatmayıb. O heç pulları almaq üçün Moskvaya da gəlməyib. Bu pulların kimə çatacağı göstərilməsə də, bunun Səddam Hüseynə məxsus olduğunu ehtimalı var. Bəzi məlumatlara görə isə pullar Liviyanın keçmiş diktatoru Müammar Qəzzafiyə məxsusdur.

16,75 mlrd avroluq yük 6 il müddətində Moskva hava limanında sahibini gözləyib. Pullar yüksək təhlükəsizlik şəraitində silahlı mühafizə altında hər biri 100 mln avro olan təxminən 200 altlıqda saxlanılır.

Bu günlərdə mühafizə olunan 16.75 milyard avroluq vəsaitlə bağlı yeni maraqlı məlumatlar üzə çıxıb. Artıq neçə ildir ki, bu pulları mühafizə edən şəxsin verdiyi məlumatlarda Azərbaycanın da adı hallanır. Bundan başqa dərc olunan məqalədə hava yolu ilə daşınan pulların Azərbaycanda müəmmalı şəkildə itməsi barədə maraqlı məlumatlar var. Bu barədə geniş məqaləni diqqətinizə çatdıracağıq.(azadlıq.info)

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol