Menu

“İnsan hüquqlarını kənara qoyur, maddi maraqlara üstünlük verirlər” - Siyavuş Novruzov

12.04.2017, 11:43
“İnsan hüquqlarını kənara qoyur, maddi maraqlara üstünlük verirlər” - Siyavuş Novruzov

“Bu gün neft və digər təbii sərvətlərə görə ölkələrin başına ağır hadisələr gətirilir. Bu cür addım atanlar insan hüquqularını kənara qoyur, maddi maraqlara üstünlük verərək bu addımları atırlar”.

“Report” xəbər verir ki, bunu Milli Məclisn İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov Bakıda "İslam həmrəyliyi: dini və mədəni müxtəlifliyin harmoniyası" mövzusunda keçirilən beynəlxalq konfransda deyib.

O bildirib ki, artıq həmin ölkələrdə dövlət siyasəti belə hadisələr fonunda formalaşır: “Belə bir dövrdə Azərbaycan kimi kiçik dövlət böyük addım ataraq İslam həmrəyliyi elan edib. Bu missiyanı Azərbaycan Prezidenti İlham Əliyev öz üzərinə götürdü. Prezidenti qeyd etdi ki, İslam oyunlarında bir sıra İslam ölkələrinin idmançıları bir-birilərinin əlini sıxacaqlar. İslam ölkələrinin rəhbərləri də öz maddi maraqlarını kənara qoyub bir-birlərinin əlini sıxmalıdırlar. İslam həmrəyliyi oyunlarının simvolu olaraq su götürülüb. Bunun böyük mənası var. Su İslam ölkələrindəki alovun söndürülməsi üçün mühüm rol oynayacaq”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol