Menu

Ukraynada Azərbaycana məxsus yükləri kim oğurlayır? - VİDEO

21.04.2017, 21:55
Ukraynada Azərbaycana məxsus yükləri kim oğurlayır? - VİDEO

Azərbaycan şirkətlərinə məxsus yüklərin Ukraynada oğurlanması ilə bağlı məsələ Ali Radada müzakirə olunacaq.

"AzPolitika" ATV-yə istinadən xəbər verir ki, Ukrayna Azərbaycanlılarının Birləşmiş Diasporunun sədri Hikmət Cavadov məsələ ilə bağlı Ukrayna Ali Radasının Azərbaycanla parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Maksim Kuryaçiyə müraciət edib. Kuryaçi Hüquq-Mühafizə orqanlarının rəhbərlərinə rəsmi sorğu göndərib.

Qeyd edək ki, son aylar Ukraynada içərisində Azərbaycan şirkətlərinə məxsus yüklərin olduğu onadək ağır tonajlı avtomobilləri naməlum şəxslər oğurlayıb. Hər maşındakı yükün maddi dəyəri isə 200-300 min ABŞ dolları həcmində qiymətləndirilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol