Menu

"Volkswagen" 2,8 milyard dollar cərimə olunub

21.04.2017, 23:59

Volkswagen-logo.svgABŞ-ın Detroyt şəhərində (Miçiqan ştatı) federal hakim "Volkswagen" avtomobil şirkətini 2,8 milyard dollar cərimə edib.

TASS xəbər verir ki, cərimənin səbəbi avtomobillərdə ABŞ-ın sərt ekoloji normalarını yan keçməyə imkan verən proqram təminatı olub.

Məlumatda deyilir ki, avtomobil şirkəti 2,8 milyardlıq cərimədən başqa, "dizel qalmaqalı" nəticəsində zərər çəkmiş avtomobil sahiblərinə 11 milyard dollar məbləğində kompensasiya ödəməlidir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol