Coca-Cola Azərbaycan şirkəti adları istehsal etdiyi məhsulların üzərinə yazma kampaniyasını davam etdirir. Bunun üçün şəhərin müxtəlif yerlərində təklifləri qəbul edən şirkətin nümayəndələri onları toplayaraq, reallaşdırırlar.

İki gün öncədən etibarən isə həmin adlar sırasına Nida Vətəndaş Hərəkatının da adı daxil edilib. Sosial şəbəkələrdə yayılmış məlumatlara görə, artıq üzərində NİDA sözü yazılmış Coca-Cola içkilərinin istehsalına başlanılıb. Təklifi isə şirkətə hərəkatın üzvləri veriblər.

Xatırladaq ki, NİDA Vətəndaş Hərəkatının 8 üzvü hazırda həbsdədir (iam.az)