Menu

Polis gücləndirilmiş iş rejiminə keçir

03.05.2017, 11:15
Polis gücləndirilmiş iş rejiminə keçir

Azərbaycan polisi gücləndirilmiş iş rejiminə keçir.

“Report”un xəbərinə görə, bununla bağlı müvafiq əmr imzalanıb.

Belə ki, Bakıda keçiriləcək IV İslam Oyunları ilə əlaqədar Azərbaycan polisi mayın 5-dən 25-dək gücləndirilmiş iş rejimində çalışacaq.

Xatırladaq ki, İslam Oyunlarının rəsmi açılış mərasimi mayın 12-də keçiriləcək. Lakin yarışlara mayın 8-də start veriləcək. Mayın 22-də Oyunların bağlanış mərasimi keçiriləcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol